“Dəri köçürülmə əməliyyatı nədir?”, “Dəri köçürülmə əməliyyatı nə vaxt etmək olar, nə vaxt etmək olmaz?” və “İstədiyim vaxt, necə ki, digər estetik əməliyyatları edə bilərəm, dəri köçürülmə də eləyə bilərəmmi?”
Bu suallar da çox bizə ünvanlanır. Əməliyyatın adı autodermoplastika deməkdir. Yəni öz, bədəninin digər bölgəsindən, donor sahədən dərini götürüb travma almış sahəyə və yaxud çapıq olan yerə və yaxud dəri olmayan yerə köçürülmə əməliyyatı deməkdir.
Dəri köçürmə əməliyyatına göstərişlər
Bu əməliyyata göstərişlər çoxdur.
– Ən əsas göstəriş yanıq cərrahiyyəsi, (Yanmış toxumalar bərpa olmur) yanıqdan sonra əmələ gəlmiş çapıqlardır.
– Hansısa digər, travmatoloji əməliyyatlardan sonrakı çapıqlardır. Çapıqlar götürüləndən sonra əgər defekti bağlamaq üçün toxuma çatmırsa, oraya dəri köçürülür.
– Hansısa amputasiyalar, yəni ayaq, qol, hansısa ətrafların: ya aşağı, ya yuxarı ətrafların amputasiyası, yəni kəsildikdən sonrakı defekti bağlamaq üçün dəri lazım olduqda dəri köçürülməsi…
Digər göstərişlər də var, amma ən əsas göstərişlər bunlardır.
“Dərimdə ləkə və ya çapıq var, ora dəri köçürə bilərikmi?”
Sizin hansısa bir nahiyənizdə kiçik bir çapıq varsa və yaxud hansısa bir kiçik ləkə varsa, onu həkimə, plastik cərraha gedib deməyin şəxsən mən heç bir mənasını görmürəm ki,
“Mən burada dəri köçürmək istəyirəm, dəri köçürülsün və o həmin ləkə olmasın”.
Çünki onu da nəzərə almaq lazımdır ki, dəri götürülən yerdə də çapıq əmələ gələ bilər, dəri qoyulan yerdə də çapıq əmələ gələ bilər. Bu, çox böyük riskli bir addımdır.
Bu estetik əməliyyat olmur. Bu sadəcə “Mən getdim, əməliyyat elədim” olur.
Yəni heç bir göstəriş olmadan edildikdə.
Ona görə ilkin müayinə çox vacibdir. Hansı travmatik bir vəziyyət olub, o çox vacibdir. Bəzən elə olur ki, dəri köçürdükdən sonra götürülən nahiyədə sağalır, problem yoxdur, amma köçürülən yerdə əməliyyatdan sonrakı qulluq düzgün olmur və yaxud əməliyyat vaxtı hansısa bir patologiya olur. Yəni hansısa bir səhvlik olur, belə deyim və əməliyyatdan qabaq məlumatın azlığı, yəni hansısa bir yanaşı bir patologiya var, hansı ki, dəri köçürülməyə əks göstərişdir, pasiyent də onu demir, həkim də hansısa ola bilər ki, diqqətsizlik ucbatından… Biz səhvdən danışmırıq, günahdan danışmırıq. Sadəcə misal üzərində deyirik.
Bunlar olduqda köçürülən dəri tutmaya da bilər. Köçürülən dəri ata da bilər. Yəni biz ora nə qədər tikiş qoysaq da…
Ona görə dəri köçürülmə adi bildiyimiz blefroplastika, bulxorn əməliyyatdır, bişektomiya kimi xırda, 15 dəqiqəlik əməliyyatlar siyahısına daxil olmur.
Bu həm xəstə üçün, həm də həkim üçün, əməliyyatdan sonrakı reabilitasiya dövrü çox uzun və çətin olan çox böyük bir əməliyyat növüdür.
Başqasında dəri köçürülə bilərmi?
Dəri köçürülməyə aid verilən ən çox suallardan biri də odur ki, Başqa adamdan dəri götürmək olar, yoxsa yox?
Bütün dünya praktikasında olduğu kimi, Azərbaycanda da bu praktika var. Dəri köçürülməklə məşğul olan xüsusi qurumlar var. Sırf ayrı qol olaraq. Bu Respublika Yanıq Mərkəzi bildiyimiz var. Respublika üzrə təkdir. Və özəl xəstəxanalarda fərdi həkimlər bununla məşğul olurlar.
Yəni əgər götürüləcək dəri sahəsi yoxdursa, kifayət qədər deyilsə və yaxud deffekt o qədər böyükdür ki, bu tərəfdən dəri götürüb ora qoya bilmirik.
Bilirsiniz ki, dəri götürsək də, o böyük travmadır orqanizm üçün. Yanaşı xəstəliklər çoxdursa, bu dərini götürüb ora qoysaq, yenə də travmasını xəstənin daha da çoxaldırıq və letal sonluğa gətirmə ehtimalını çoxaldırıq.
Ona görə xüsusi qraftlar var. O qrafları sifariş etdikdə gətirilir həmin ölkəyə, harada ki, əməliyyat olacaq. Onlar laboratoriyalardan keçir və bizə çox kömək eləyir.
Pasiyentin öz dərisi birinci seçimimizdir
Əlbəttə ki, ən birinci növbədə xəstənin özündən götürülür. Birinci xətt qohumundan, məsələn, anasından, atasından və yaxud oğlundan, qızından birinci xətt qohumdan əgər dəri çatmırsa, götürüb xəstəyə məlumat verdikdən sonra, yazılı razılıq aldıqdan sonra əgər dəri sahəsi çatmırsa, o əməliyyatı eləmək olar, köçürülmək olar.
Amma o dərinin yerinə oturması və sağalması, istədiyimiz kimi sağalmasının şansı çox azdır.
Ona görə ən birinci növbədə xəstənin autodermoplastika dediyimiz bu termindən də görülür, latın dilindən tərcümədə xəstənin özündən, öz digər nahiyəsindən, sağlam olan yerindən götürüb digər, deffekti olan yerə köçürürük.