Süd vəzi implantı istifadə edəndə, yəni “auqmentasion mammoplastika” biz deyirik, “böyütmə mammoplastikası” da, fərqli adları var – silikon implantın istifadəsi ilə süd vəzinə böyütmə forması vermək… Bu silikon implantlardan istifadə eləyəndə ehtimal, yəni gələcəkdə, implant yerləşdirdikdən sonra südlə qidalandırmaq problem olacaq, yoxsa yox?
İmplantı yerləşdirərkən biz xüsusi bir “cib” yaradıb implantı oraya yerləşdiririk. Orada təbəqələr var, fassiyalar var, əzələlər var. Əzələ altına da yerləşdirə bilirik, əzələnin üstünə də… Bu artıq başqa bir sualdır, o tərəfə getməyəcəyəm.
O “cibi” yaratdıqda biz anatomiyanı gözəl bilməliyik və bu cibi yaradanda digər anatomik strukturlara zərər verməməliyik.
Bunun üçün,
- Cərrahın “yaxşı əli” olmalıdır.
- Qarşısındakı asistenti çox gözəl asistent olmalıdır ki, mane olmasın, kömək eləsin.
- Əməliyyatdan qabaq verilən analizlər qaydasında olmalıdır.
- Cərrahi alətlər uyğun olmalıdır. Biz çox xırda alətlərlə, 5 sm məsafədə məsələn, işləyə bilmərik. Düzdürmü? Uzun alətlər var. Bizim video paylaşımlarda o alətləri göstəririk. O alətlər “qoruyucu alətdir”. Yəni heç bir anatomik struktura biz işləyəndə zərər vermirik. Yəni süd kanallarına, axacaqlarına biz zərər vermirik.
İmplantı elə yerə yerləşdiririk ki, əlimizi çəkdikdən sonra implant öz yerində, əzələ öz yerində, süd vəzi öz yerində olur və süd axarları sıxılmır deyə süd gəldikdə onlarda bir problem olmur.
Ondan sonra hamiləlik də ola bilər, ondan sonra südlə qidalandırmada da heç bir problem ola bilməz.