Categories
Digər

Estetik əməliyyatdan sonra qalan tikiş izləri

Əməliyyatdan sonrakı izlərin qalıb-qalmaması barədə, yəni əməliyyatdan sonrakı əməliyyat izi qalacaq, yoxsa yox, qalacaqsa nə qədər çox qalacaq? 

Əməliyyatdan sonrakı əməliyyat izinin qalmağı – buna yeni təsir edən faktorlar çoxdur. Amma ən birinci, ən əsas faktor əməliyyat olunan pasiyentin əməliyyatdan qabaqkı həyat tərzidir. Yəni bu nə deməkdir? 

Dərinin keyfiyyəti, əməliyyat vaxtı istifadə olunan sap materialı… Yəni bunu misal üzərindən deyəcəyəm. Məsələn iki adam, amma eyni patologiya, eyni yaş kateqoriyası olsun, qadın götürək və ikisində də məsələn, bir doğuş olan qadın götürsək, ikisinə də eyni sap materialından istifadə edib bir cərrah əməliyyat edəcək, məsələn, deyirəm, mini-abdominoplastika edəcək. Ölçüsü mini-abdominoplastikanın, əvvəlki paylaşımlarda qeyd elədiyimiz kimi, qeysəriyyədən təxminən 3-4 sm daha çoxdur. Əməliyyatdan sonrakı iz birində daha çox qalır, digərində isə daha az qalır. 

Yenə təkrarlayıram: sap material – eyni, yaş – eyni, bir doğuş – anamnezdə var, əməliyyatxana – eyni klinika- eyni, cərrah – eyni, amma iz fərqi fərqlidir. Bu nə deməkdir? Əməliyyatdan qabaq pasiyentin zərərli vərdişləri, yəni siqaret çəkib-çəkməməyi, alkoqollu içki qəbul etməyi, yuxusu, normal qidalanması… Normal qidalanma – bu hər gün, hər gün dieta, detokslar deyil. Sadəcə normal, günün yəni birinci yarısında məsələn, daha çox, məsələn deyirəm, zülal və yaxud yağlar istifadə olunsun, amma axşama yaxın karbohidratlar və yaxud… Yəni normal rasion olsun, düzgün qidalanma payı olan… Bu çox təsir eləyir. 

İnsan ola bilər ki, məsələn, qidalanması normal deyil, amma piylənməsi də yoxdur. Belə insanlar da bizim aramızda var. Onların da müəyyən bir kateqoriyası var. Baxırsan ki, nisbətən səndən daha çox yeyir, amma bu adam kökəlmir. Onun yenə də dərinin keyfiyyəti, o qidasının keyfiyyətindən asılı olaraq… Qidasının keyfiyyəti nə qədər aşağıdırsa, dərisinin keyfiyyəti o qədər aşağıdır. 

Dünyanın ən yaxşı plastik cərraha gəlsə belə, dünyanın ən bahalı tibbi materiallardan istifadə etsək belə, orada izin qalmağı və daha çox qalmağı, qabarıq qalmağı şansı daha çoxdur nəinki, o birisi, digər pasiyentdə. Ona görə, əməliyyat eləyəcəyiniz, müraciət edəcəyiniz həkimdən o sualı verməkdən qabaq birinci özünüzdən soruşun pasiyent olaraq. 

Mənə elə gəlir ki, ən düzgün yolu odur ki, ən birinci özüm-özümə mən sual verməliyəm ki, mənim həyat tərzim doğrudan damı düzgündür, yoxsa yox? 

Hormonal balansın əməliyyat izinə təsiri

Müəyyən bir kateqoriya insanlar var. Bu 100% var ki, məsələn, baxırsan ki, düzgün qidalanması – var, idman – var, yuxu problemi – yoxdur… Yəni vaxtlı-vaxtında, gün ərzində 8-9 saat (+-) yatır. Həyatında heç bir stress yoxdur. Əməliyyat eliyirsən, yenə də iz qalır. 

Bu artıq başqa bir problemdir. Bu artıq həkimin özünün məsuliyyəti… 

Burada pasiyentin heç bir məsuliyyəti yoxdur, günahı yoxdur. Burada artıq sırf hormonal, yəni həkim-endokrinoloq dediyimiz bir ixtisas var. Əməliyyatdan qabaq yaxşı olar ki, əlavə müayinələri olsun. Hormonal disbalans olanda bədəndə, baxırsan ki, fit bədəni var, qızdır-oğlandır fərqi yoxdur, amma yara yeri heç sağalmır. Sulanır, hipertrofik çapıqlar əmələ gəlir, keloid çapıq… 

Keloid çapıqlar tamam ayrı bir mövzudur, ona ayrı danışacağıq. 

Amma yenə də, bunlar əmələ gəlir. Bunların əmələ gəlməsində artıq başqa bir orqan və ya orqanlar sisteminin bir patoloji bir problem var ki, ona görə də hormonal disbalans yaranır ki, yara yeri sağalmır. 

Orada artıq digər, həkim-endokrinoloqun və yaxud digər ixtisasların köməyi lazım olacaq. O da, yenə deyirəm xəstənin üstünə yox, həkimin üzərinə düşən… Çünki xəstə bilə bilməz. Xəstə onu bilmək üçün gərək tibb universitetini bitirsin. Ona görə həkim bitirib deyə, məlumatı daha geniş və düzgün xəstəyə çatdırmalıdır. 

Genetik faktor və əməliyyat izi

Səbəb olaraq genetik faktor da var. Amma genetik faktor hal-hazırdakı yaşadığımız 2024-cü il, XXI əsrdən söhbət gedir, hal-hazırda yaşadığımız dövrdə dəyişikliklər çoxdur deyə, dərimizə olan təzyiq, yəni hava tərəfindən: qazlardır, çirkab sulardır, bunların təzyiqi çoxdur deyə, genetik faktor nisbətən, zaman keçdikcə genetik faktor artıq ikinci, üçüncü plana keçir. 

Apardığımız araşdırmalara dayanaraq biz bunu deyirik. 

Ən birinci, ən yuxarı sıralarda dediyim kimi, həyat tərzi yaraların sağalmasında çox böyük rol oynayır. 

Əməliyyatdan sonra yaraya qulluq faktoru

Əməliyyatdan sonrakı reabilitasiya dövründən də çox şey asılıdır. Yəni yara yeri… Bu sirr deyil. Bu çox açıq, bütün internet resurslarında var bu haqda. Yara yeri, kosmetik tikişilərdə nə qədər sərbəst olsa, relaks olsa, bir o qədər daha yaxşı və daha az iz qalan bir şey olacaq. 

Biz əməliyyatdan sonra kompression geyimlər, yəni korsetlər istifadə edirik. Suya davamlı plasterlərimiz var, onlardan istifadə edə bilirik. Sarğı materialları var, hansı ki, tikiş edəndən sonra həmin hissəni daha belə sıx saxlayırıq ki, ora relaks olsun. Onu da pasiyentlərə biz məlumat veririk. 

Amma passentlər evdə biz verdiyimiz məsləhətlərə nə dərəcədə istədiyimiz qədər riayət edirlər, onu deyə bilmirik. Ona görə, necə ki, həkimin üzərində əməliyyat eləmək və yaxşı nəticə vermək məsuliyyəti varsa, elə də sizin əməliyyata birinci hazırlaşmaq və əməliyyatdan sonrakı dövrdə öz yaramıza baxmaq, qulluq etmək, üstəgəl həkimin dediyi məsləhətləri düzgün və vaxtında yerinə yetirmək məsuliyyəti pasiyentin üzərində olur. 

Əməliyyat izini götürmək üçün vasitələr

Yara yeri nə qədər çoxdursa, ondan sonrakı reabilitasiya dövründə yara yerin sağalmasına köməkçi vasitələr çoxdur. Dermatoloji kremlər var, kosmetoloji aparatlar var, lazer aparatları var… Bunların hamısını eləmək olar. Amma bunların hamısını bütün xəstələrə boydan-boya vermək olmaz.

Çünki əgər bu adamın həyat tərzi normaldırsa, hər şey qaydasındadırsa və yara sağalması düzgün gedirsə, bunun izi minimal qalacaq. Biz lazer ilə daha da onu kobudlaşdıracağıq. O bizə lazım deyil. 

Ona görə burada sırf həkimin özünün müalicəvi taktikasından çox şey asılıdır. 

Dərinin qalın olmasının əməliyyat izinə təsiri

Qalın dəri məsələsi – bu əslində ayrı bir mövzudur. Qalın-nazik dəri… 

Bunu daha az tibbi terminlərlə desəm ki, başa düşülən olsun… 

Qalın dəridən qaçmaq yox, qalın dərini hazırlamaq lazımdır. Yəni normal, bizim bildiyimiz, bizim üçün rahat olan həm bizim – həkim olaraq, həm də pasiyentin əməliyyatdan sonrakı yara yeri daha düzgün sağalsın deyə, bizə normal bir təbəqə lazımdır. Millimetrlik qalınlıqlı təbəqə lazımdır ki, orda bir tikiş atsaq belə o normal yerinə otursun. Biz istədiyimiz kimi sağalsın. 

Amma qalın dəri varsa, yenə deyirəm. qalın dərinin olmağı, dəriyə qulluğun az olmağıdır.Ən birincisi səbəb. 

Genetik səbəbləri bildik. Genetik səbəblər: mamada, papada, nənədə, bibi, xala, baba… hamısında – onu bildik. Amma necə ki, elektronika inkişaf edir, necə ki, tibbi inkişaf edir, elə də dəriyə qulluq vasitələri də inkişaf edərək gedir. 

Bəzi dərmanlar hətta var… Bəzi dərmanları qəbul etdikdə, düzdür, onlar “hormonal dərmanlar” sayılır. O dərmanları mən təyin etdikdə, növbəti 6 ay ərzində hamiləlik, bəzi qadınlara olmaz. 6 aydan sonra olar. 

Çünki çox böyük hormonal disbalans olur ki, dəri nazikləşir. 

Qulluq davamlı olmasa, yenə də qalınlığına qayıdır. 

Amma bunu xəstəyə biz göstəririk ki, bu dəri nazikləşə bilirsə, hansısa “hormonal dərmanla” deməli səndə hansısa bir disbalans var ki, üstəgəl dəriyə qulluq çox aşağı bir səviyyədədir ki, bu qalınlaşa-qalınlaşa gedir və codlaşır. Daha az tibbi termini istifadə edək ki, başa düşülsün. 

Ona görə, qalın dəridən qaçmaq yox, bəzi həkimlər imtina edir əməliyyatdan, qaçmaq yox, qalın dərini, pasiyent üzərinə düşən məsuliyyəti əgər başa düşürsə, onda hazırlayıb əməliyyat etmək olar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir