Categories
Mammoplastika

Süd vəzi silikon implantlarını müəyyən vaxtdan sonra dəyişdirmək lazımdırmı?

İmplantı dəyişmək əvvəllər, məsələn, 90-cı illərdə, 80-ci illərdə, hə, olurdu. O, sırf implantın keyfiyyətinə bağlı olan bir şey idi.

İmplantı dəyişirdilər, nəyə görə?

Fəsadlar var, kapsulyar kontraktur var. İmplantı yerləşdiririk, bədən oraya seroz maye (normal bir haldır – allergik), göndərir ki, nəsə bir yad cisim var implant olaraq. O seroz maye nə qədər çoxalırsa, biz ona vaxtında heç bir şey eləmirdiksə (90-cı illər, 2000-ci illərin əvvəlində kitablarda bunlar hamısı praktiki olaraq yazılıb), seroz maye çoxalır, implantı sıxır və dubble-bubble sindromu olur. Sizin bir sinəniz 2 dənə olur. O da fəsad olur, get-gedə süd vəzi də sıxılır. Bu artıq xərçəngə gətirib çıxara bilər. Bunlar əvvəllər olan şeylərdir.

İndi amma elə şey yoxdur. Nəyə görə?

İmplantın özünün içindəki gel laboratoriyada işlənilir. Amma əsas qabığıdır. Qabığı o qədər orqanikdir ki… Və çıxıntılıdır. Yəni o toxumalara ilişdi, qalır orada. Daha sürüşmə effekti yoxdur, yerini dəyişmək yoxdur, fırlanma yoxdur. Ona görə o ilişdi, qalacaq orada. Bu bir.

İkinci, o qədər orqanikdir ki, o seroz maye ora buraxılanda… Əvvəl, məsələn, 1 stəkan – 200-250 ml maye ora buraxırdısa orqanizm, indi artıq hiss edir ki, o qədər orqanikdir ki, ora 50 ml maye buraxır. O da hansısa bir əməliyyat olub, istər-istəməz, əl dəyilib oraya, instrument dəyib ona qarşı. Biz də onu normal, sadə antibiotik terapiya ilə, antibiotiklərin köməyi ilə və ağrıkəsicilərin köməyi ilə o mayeni oradan çıxarırıq. Artıq USM kontrola ehtiyac yoxdur.

Məsələn, 10 il bundan qabaq bütün bütün süd vəzi ilə işləyən, implant yerləşdirən həkimlər, mən daxil olmaqla özünün portativ USM aparatı var idi. Əməliyyatdan 1 gün sonra, 2 gün sonra normal həkimlər Portativ USM ilə həmişə yoxlayırdı: maye çoxalır, yoxsa yox? Çoxalırsa, punksiya edib çəkirdi ki, vəssalam bitsin.

İndi artıq yoxdur, çünki silikon implantları istehsal edən şirkətlər implantların qiymətini artırıb və keyfiyyətini də artırıb. Yəni qiymətlə keyfiyyət eyni qalxır.

“Patient Safety” deyirik, yəni pasiyentləri qorumaq məqsədi ilə ediblər bunları. Bunların hamısını etməkdə məqsəd həm qiymətin, həm keyfiyyətin artmağı əməliyyat sonrası fəsadların minimuma endirilməsi, əməliyyatdan sonrakı nəticədə daha təbii, daha düzgün, daha gözəl olması və ən əsası pasiyentin özünə zərər verməməkdir.

By Dr.Xəyal Cəfərov

Plastik, rekonstruktiv və estetik cərrah

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir